Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:19

Toğrul Nərimanbəyov, axır ki, torpağa tapşırıldı...


Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov dəfn mərasimində çıxış edərkən
Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov dəfn mərasimində çıxış edərkən
-
Rəssam Toğrul Nərimanbəyov ölümündən bir ay bir gün keçəndən sonra Parisin Passi məzarlığında torpağa tapşırılıb.
AzərTAc-ın yaydığı xəbərə görə, iyulun 3-də Parisin mərkəzində yerləşən və əsası 1820-ci ildə qoyulan Passi qəbiristanlığında rəssamın dəfni ilə bağlı vida mərasimi keçirilib.
Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov çıxış ediblər.
Çıxışçılar Azərbaycan hökuməti və xalqı adından mərhumun ailə üzvlərinə başsağlığı veriblər.
Mərhumun məzarı üzərinə Azərbaycan Prezidenti, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Fransadakı səfirliyi və Azərbaycan Rəssamlar İttifaqı adından əklillər qoyulub.
Vida mərasimində mərhumun ailə üzvləri, Azərbaycan diasporunun təmsilçiləri və Parisin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Xatırladaq ki, Toğrul Nərimanbəyov iyunun 2-də 83 yaşında illərdir yaşadığı Parisdə vəfat edib.
Həyat yoldaşının rəssamı Parisdə, qızının isə Bakıda torpağa tapşırmaq istəyi sonda məhkəmə ilə nəticələnib.
Paris məhkəməsi rəssamın bu şəhərdə dəfn olunması qərarını verib.
Rəssamın qızının verdiyi apelyasiya şikayəti təmin olunmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG