Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:57

Çörəyi «qarğı»-dan çıxan Quşqara kəndinin adamları


Ərəb Süleymanov
Ərəb Süleymanov
-
Əvvəl hörgü ipi yumru iri daşlara bərkidilir. Sonra daşlar iri dəmir borudan asılır. Artıq xana hazırdır. Qızğın iş başlanır.
Göy gölün Quşqara kənd sakini Ərəb Süleymanov qarğı hörür. Süleymanovlar ailəsi 10 ildir ki, bu işə vərdiş edib. O, 12 nəfərlik ailəni beləcə əlinin zəhməti ilə dolandrır:
QARĞI QIŞDA İSTİ SAXLAYIR, YAYDA SƏRİN
«Qarğını gedib Kürün qırağından, Qədirli kəndindən alırıq. Sonra da təmizlədib, 50 dənəsini 50 qəpiyə təmizlədirik, gətirib tökürük bura. Hörüb hazırlayırıq, müştərilərə satırıq. Bu qışda isti saxlayır, yayda sərin. 50 dənə qarğını 1 manat 20 qəpiyə alırıq. 50 dənədən 5 dənə 3 70-in 4 metr belə hörürük. Qarğı öz-özünə bitir. Yoncadır, qarğıdır belə şeylərə qulluq edirlər».
Bu kəndə girəndə yol boyu düzülmüş qarğı bağlamaları görünür. Hansı qapıya baxsan orda qarğı hörən xana görərsən. Kənd camaatı qarğı topalarını Kürün qırağından alıb gətirirlər.
Quşqara kəndinin sakinlərin əksəriyyəti çörəyini qarğı hörüb, sataraq qazanır. Ərəb Süleymanovun da ailəsi bu işdə ona yardım edir. Yoldaşı Zülfiyyə Süleymanova deyir ki, elə ərə gələn gündən qarğı hörməyi öyrənib.
«ADAMIN GÖZÜNÜN NURU GEDİR»- DESƏ DƏ QAZANCLARINDAN NARAZI DEYİL:
Zülfiyyə Süleymanova
Zülfiyyə Süleymanova
- Mən elə gəlin gələn gündən hörürəm.
- Çətin deyil?
- Elə çətin deyil. 4 uşağımız var, yoldaşımda heç yerdə işləmir, bunla məşğuluq. Heç bir yerdən pensiya almırıq.
Sıxlığına, hörmək qabiliyyətinə fikri vermək lazımdır. Bunu qayçıyla doğayırıq. Sonra hörürük.
Ölçülərə uyğun kəsilmiş qarğılar cəmi 40 dəqiqə ərzində hörülüb başa çatır. Alıcılar əsasən Şəmkir və Tovuz rayonlarından olur. Ərəb Süleymanov deyir ki, evlərin dam örtüyünə və döşəməsinə istifadə olunan bu qarğı listinin birini 15-20 manata satırlar. Şükr edib deyir ki, bəzən günlük qazancı 50 manatı keçir:
«BUNUN BİRİNİ 14- 15 MANATA SATIRIQ»
«Allah bərəkət versin, 12 baş külfət ailəyik. Hamısı da bu qarğı ilə dolanır. Bunun birini 14- 15 manata satırıq. Ən çox Şəmkir, Tovuz, Qazax sakinləri alırlar».
Hazır qarğıları satmaq üçün sakinlər heç bazara da getmirlər. Alıcılar elə qapıda dayanır...
XS
SM
MD
LG