Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:55

Milli Şura siyasi həbslərlə bağlı bəyanat yayıb


-
“Bu ilin əvvəlindən hakimiyyətin siyasi fəaliyyətin məhdudlaşdırması, siyasi baxışlarına görə insanların təqib edilməsi istiqamətində başlatdığı siyasət davam edir”.
Milli Şuranın bəyanatında belə deyilir.
Milli Şura bildirir ki, hakimiyyət son zamanlar siyasi repressiyaları gücləndirib:

“Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun və “Real” vətəndaş hərəkatının sədri İlqar Məmmədovun İsmayıllı hadisələrinə görə ittiham olunaraq həbs edilməsi, daha sonra NİDA Gənclər Hərəkatının üzvlərinin həbsi ilə davam edib. Bir müddət əvvəl səsləndirdiyi fikirlərə görə, tanınmış hüquqşünas Qurban Məmmədov qondarma ittihamlarla azadlıqdan məhrum edilib. İqtidarın yürütdüyü repressiya siyasəti nəticəsində Tural Həsənzadə, Daşqın Məlikov, İlqar Rzayev, Hilal Məmmədov, Nigar Yaqublu, Əvəz Zeynallı, Nemət Pənahlı, Tale Bağırzadə, Abgül Süleymanov, Mövsüm Səmədov, İlham Əmiraslanov, İlkin Rüstəmzadə, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Rəşad Həsənov, Şahin Novruzlu, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Rəşadət Axundov, Nicat Əliyev məhz siyasi baxışlarına görə azadlıqdan məhrum ediliblər”.
Bəyanat müəllifləri bildirir ki, “hakimiyyət seçki öncəsi təqiblərini davam etdirərək, Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun haqqında Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq) ilə cinayət işi açaraq Lənkəran Rayon Məhkəməsi istintaq orqanının təqdimatına əsasən onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib”.
Milli Şura keçmiş deputat Hüseyn Abdullayev, keçmiş korpus komandiri İsa Sadıqovyn barəsində qaldırılmış cinayət işlərini, Prezident Administrasiyasının İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyevin həbsini hakimiyyətin cəmiyyətdə xof yaratmaq, toplumda siyasi aktivliyin qarşısının alınmasına cəhd kimi dəyərləndirir.
“Milli Şura Azərbaycan hakimiyyətinin siyasi opponentlərinə və müstəqil mövqedə çıxış edən siyasi-ictimai xadimlərə qarşı yol verilən qanunsuzluqları pisləyir və siyasi motivlərlə həbsə atılanların dərhal həbsdən azad olunmasını, siyasi təzyiqlərə son qoyulmasını tələb edir”.
Milli Şura bəyan edir ki, “hakimiyyətin demokratik qüvvələrin Azərbaycanda azad və ədalətli seçkilər uğrunda mübarizəsinin qarşısını siyasi repressiyaları gücləndirməklə almaq heç bir nəticə verməyəcək”.
Xəbəri Milli Şuranın İcra Aparatının mətbuat xidməti yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG