Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:04

M. Qurbanlı: Mehriban xanım da namizəd olsa... (Qəzetlər nədən yazır?)


-
«Qələbəmə əmin olmasaydım, bu işə qol qoymazdım»
Bunu «Azadlıq» qəzetinə müsahibəsində Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov deyib.
İlham Əliyev və Rüstəm İbrahimbəyov

İlham Əliyev və Rüstəm İbrahimbəyov

Rüstəm İbrahimbəyov müsahibəsində İlham Əliyevin son çıxışlarına da toxunub. Deyib ki, özünü demokratik sayan hakimiyyətin başçısı belə şeyləri bəyan edirsə, deməli o, demokratiyanın mahiyyətini başa düşmür:
«Çünki seçkidə hər bir adam namizəd ola bilər. Seçkiyə qatılan şəxsi düşmən adlandırmaq seçki prosesini pozmaqdır. Ona görə indidən demək olar ki, Azərbaycanda seçki keçirmək çox çətindir. Hakimiyyətin məntiqindən belə çıxır ki, bizi dəstəkləyən, bizə səs verənlər düşmənlərə səs verirlər. Hakimiyyət belə üsullarla cəmiyyəti qorxutmağa çalışır. Bu çıxışlar qanunları, Konstitusiyanın əsas maddələrini pozur».
Rüstəm İbrahimbəyov əlavə edir ki, «İlham Əliyev bəyan edirdi ki, bütün namizədlərə seçkilərdə bərabər imkan yaradılacaq. Amma digər tərəfdən İlham Əliyev bildirir ki, məndən başqa namizədlər xalqın düşmənidir və onlara səs verənlər də düşmən mövqeyindən çıxış edir. Belə olan halda hansı bərabər imkanlardan danışmaq olar. İlham Əliyev bu addımları ilə əslində Brüsseldə verdiyi açıqlamanı təkzib edir».
«RÜSTƏM İBRAHİMBƏYOV BİZİM NAMİZƏDLƏ RƏQABƏT APARACAQ QABİLİYYƏTƏ MALİK DEYİL»
Bunu isə «Bizim yol» qəzetinə müsahibəsində YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib: «O, bizim namizəd üçün hansısa bir formada rəqabət aparacaq qabiliyyətə malik deyil. Bütün göstəricilərə görə namizədimiz Milli Şuranın namizədindən qat-qat üstündür».
Mübariz Qurbanlı

Mübariz Qurbanlı

«Rüstəm İbrahimbəyov Azərbaycana gələ biləcəkmi» sualına isə Mübariz Qurbanlı belə cavab verib: «Hələ nə partiyamızdan, nə də rəsmilərdən kimsə bu barədə danışmayıb. Axı niyə bunlar özlərindən bədgümandır? Kinematoqrafiya İttifaqıyla bağlı maliyyə işi aparılır və mən hüquq-mühafizə orqanları əvəzindən bu məsələyə cavab verə bilmərəm. Bəlkə kimlərsə bu məsələni məqsədli şəkildə gündəmə gətirir, görünür, söhbəti yayan Milli Şura daxilindədir».
Mehriban Əliyevanın prezidentliyə namizədliyi haqqında isə deyib ki, «YAP-ın namizədi birmənalı olaraq prezidentimiz və sədrimiz cənab İlham Əliyevdir. Burada hər hansı bir başqa fikir yoxdur və ola da bilməz. Hörmətli Mehriban xanım Azərbaycanda istənilən vəzifəni icra etməyə hazır olan və sevilən bir insandır. Mehriban xanım həm də YAP sədrinin müavinidir, onun özünün iştirakıyla cənab İlham Əliyevin namizədliyi irəli sürülüb. Belə olan şəraitdə hansısa müxtəlif adlar altında fəaliyyət göstərən qurumların Mehriban xanımın adını ortalığa qoyaraq fikirlər səsləndirməsi məntiqli deyil. Bu cür fikirlər səsləndirənlərin bir məqsədi var: nəyin bahasına olursa-olsun mətbuatın səhifələrində yazılmasına və özlərinin mövcudluğuna nail olsunlar».
- Hakimiyyət daxilindən belə istəkdə olanlar varmı?
- Bizim hakimiyyət monolitdir və prezident İlham Əliyevin rəhbərliyi altında fəaliyyət göstərir. Hakimiyyət daxilində parçalanmalar axtaranlar sadəcə özlərinə təsəlli verənlərdir.
- Birinci xanımın adından istifadə edənlərə qarşı niyə sərt addımlar atılmır?
- Bilirsiniz, biz azad ölkədə yaşayırıq, insanların bir-birinə hörmətini ifadə etməsi barədə bir fikir yoxdur. Mən bu barədə dəqiq heç nə deyə bilmərəm. Bir daha deyirəm, bəzi dairələr İlham Əliyevin namizəd olmamasını çox istərdilər.
- Hansı dairələr?
Mehriban Əliyeva

Mehriban Əliyeva

- Radikallar, elə Milli Şurada birləşənlər. Çünki onlar siyasi baxımdan İlham Əliyevdən o qədər çəkinir və onun qarşısında acizdirlər ki, prezidentin qarşısında tab gətirə bilməyəcəklər. Mehriban xanım da namizəd olsa, müxalifət onun qarşısında tab gətirə bilməyəcək.
- Deməli, Mehriban xanım namizəd ola bilər?
- Xeyr. Siz mənim dilimdən fikir çıxartmaq istəyirsiniz. Sadəcə, deyirəm, o, namizəd olsa, Milli Şura onun qarşısında tab gətirə bilməz. Çünki bu yol Heydər Əliyevin yoludur və gələcəkdə də davam etdiriləcək.
«İSA QƏMBƏR SEÇKİYƏ VİRTUAL NAMİZƏDLƏ GEDİR»
«Azərbaycan» qəzeti yazır ki, «iyulun 2-də özünü «demokratik qüvvə» adlandıran toplumun «vahid namizəd» oyunu baş tutmuş hesab olundu. Gözlənildiyi kimi, kinorejissor Rüstəm İbrahimbəyov «Milli Şura» adlı qondarma qurumun prezident seçkilərində «vahid namizədi» oldu. Bununla da 21 ildir ki, siyasi səhnədə hakimiyyətə gəlmək arzusu ilə «çarpışan», özünü «ana müxalifət» adlandıranlar ətraflarında olanlar arasında olan-qalan hörmətini də itirdi. Gör aqressiv müxalifət nə günə qalıb ki, özünə seçkilərdə iştirak etmək üçün «virtual namizəd» seçir.

İsa Qəmbər

İsa Qəmbər

«Milli Şura» qərar versə də, qurumda hələ də prezident olmaq istəyənlər var. Müsavat başqanı İsa Qəmbərin çoxdankı arzusu, sən demə, ürəyində imiş. Belə olmasaydı, R.İbrahimbəyovu dəstəklədiyi halda yenə partiyasının onun namizədliyi ilə bağlı qərarının qüvvədə qaldığını söyləməzdi. Elə bu açıqlama «Milli Şura»da narazılığın əsasını qoyub».
«İNTER»in BAŞ MƏŞQÇİSİ SÖZ VERMƏKDƏN QORXDU
Bunu «Futbol+» qəzeti yazır. Bu gün Avroliqada «İnter» Bakıda «Maryeham» komandası ilə qarşılaşacaq.
Qəzet «İnter»in baş məşqçisi Kaxabar Tsxadadzedən müsahibə alıb. Baş məşqçi deyib ki, «Bakıda oynayırıqsa, ilk növbədə meydanda ağalıq edən tərəf olmalıyıq. Qol vurmaq isə öz yerində. Ancaq «Maryeham»ın özünə görə güclü tərəfləri var. Rəqibi artıqlaması ilə öyrənmişik. İndiki vəziyyətdə ən önəmlisi bizim necə oynamağımızdı».
Ancaq baş məşqçi azarkeşlərə qələbə sözü verməyib. Deyib ki, «söz verməklə iş bitmir, Önəmli olanı sözünü meydanda deməkdir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG