Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:52

İranın yeni prezidenti şəxsi həyata müdaxiləyə son qoymağa çağırır


Iran prezidenti Hassan Rohani Tehranda mədrəsə şagirdləri ilə görüşdə. 03.07.l2013
Iran prezidenti Hassan Rohani Tehranda mədrəsə şagirdləri ilə görüşdə. 03.07.l2013
-
İranın yeni seçilən prezidenti Hassan Rohani hökuməti və nüfuzlu din xadimlərini vətəndaşların özəl həyatlarına müdaxilələrə son qoymağa çağırıb.

İyulun 3-də televiziya ilə yayılan müraciətində yeni prezident həmçinin ölkədə internetə girişin azad edilməsini istədiyini deyib. Onun fikrincə, dövlət mediası da daha çox xalqın problemlərindən bəhs etməlidir.

Xarici aləmlə “konstruktiv əlaqələrə” çağıran Hassan Rohani keçən həftə həm də ölkənin xarici siyasətini yumşaltmağa çalışacağını deyib.

Müasir dünyagörüşlü din xadimi olan yeni president ötən ay keçirilən seçkidə 51 faiz səslə qalib gəlib. O, sərt mühafizəkar xətt yürüdən indiki prezident Mahmud Ahmadinejad-ı əvəz edir. Yeni prezident avqustun 3-dən iş başında olacaq.
XS
SM
MD
LG