Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:51

Müsəlmanlar arasında Amerikaya nifrəti KGB salıb?


Əfqanıstanda ABŞ Prezidenti Barack Obamanın müqəvvasını yandırırlar, 15 aprel 2013
Əfqanıstanda ABŞ Prezidenti Barack Obamanın müqəvvasını yandırırlar, 15 aprel 2013
Müsəlmanlar arasında Amerikaya nifrəti KGB salıb

Keçmiş Rumıniya diktatoru Nicolae Ceausescunun (Çauşesku) Baş kəşfiyyat müşaviri Ion Mihai Pacepa iddia edir ki, bundan ötrü 70-ci illərdə Sovet KGB-sinin rəhbəri Yury Andropovun rəhbərliyi ilə uzunmüddətli əməliyyat aparılıb

Pacepa “Soyuq Müharibə” dövründə Kommunist blokundan Qərbin tərəfinə keçən ən yüksək çinli adam olub. 1978-ci ildə ABŞ-a qaçan və o vaxtdan, Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) qoruması altında gizli həyat sürən Pacepa indi xatirələrini “Dezinformasiya” adı altında kitab şəklində nəşr etdirib. Kitabın həmmüəlliflərindən biri də ABŞ-lı alim Ronald Rychlakdır.

Kitabda iddia olunur ki, indi Yaxın Şərq və Müsəlman ölkələrində geniş yayılan anti-Amerika, anti-Qərb, anti-İsrail münasibətini KGB formalaşdırıb.

“İslam dünyası yeni hüceyrələrin yetişdirilməsi üçün istifadə olunan Petri boşqabı kimi münbit mühitdir və Marksist - Leninist fikirlərinə söykənən anti - Qərb əhvalını yetişdirmək üçün istifadə eləmək lazımdır”
Yury Andropov, SSRİ KGB-nin rəhbəri
“Dezinformasiya” adlı kitaba görə, KGB SİG adlı əməliyyatını hazırlayarkən daha öncə həyata keçirdi Seat 12 əməliyyatından ilham alıb. Həmin əməliyyat isə Vatikan və Roma Papasının əleyhinə idi. Məqsəd Papa 12-ci Pyunun İkinci Dünya müharibəsi zamanı guya kimi, holokosta göz yumması haqda fikirləri yaymaq idi.

Kitabın həmmüəllifi olan Missisipi Universitetinin professoru Ronald Rychlak deyir ki, həmin əməliyyat da böyük uğurla nəticələnmişdi.

60-cı illərin əvvəlində, Papa 12-ci Pyu öləndən sonra KGB-nin böyük oyunu işə düşdü. Onun haqqında kitablar, məqalələr yazıldı, dünyanın bütün dillərinə tərcümə olunub yayıldı. Və bununla KGB sadəcə Papanı gözdən salmadı, Katolik Kilsəsisə, Xristianlığa və bu dəyələri rəhbər tutan Qərb təbliğatına böyük zərbə vurdu. Və bununla da Nikita Xrushovun istədiyi məqsədə nail oldular”.

Pacepanın yazdığına görə, 1967-ci ildə Ərəb ölkələri və İsrail arasındakı müharibənin uduzulmasından sonra KGB rəhbəri Yury Andropov xüsusi uzunmüddətli SİG əməliyyatınaa başlayıb. 1982-ci ildə SSRİ-nin rəhbəri olan Andropovun məxfi planına görə, sosialist bloku ölkələrindən minlərlə agent Yaxın Şərq və başqa müsəlman ölkələrinə göndərilib və məqsəd ictimai rəyi Qərb əleyhinə yönəltmək olub.

1987-ci ildə Çausesku rejimi haqda yazdığı “Qırmızı üfüqlər” adlı kitabla kommunist blokunda ciddi etirazların başlanmasına səbəb olan Pacepa hələ də media qarşısına çıxmır. Odur ki, AzadlıqRadiosunun suallarını ancaq yazılı cavablandırıb.

Pacepa deyir ki, 1978-ci ildə ölkədən qaçana qədər təkcə Rumın KGB-si müxtəlif müsəlman ölkələrinə 500-ə qədər agent göndərmişdi. Ümumilikdə, Moskvadan idarə olunan əməliyyatla göndərilənlərin sayı o dövrə qədər 4 minə yaxın idi. Paçepa deyir ki, agentləri müsəlman azlıqlar arasından seçirdilər, onları müəllim, molla, mühəndis, həkim və bədii rəhbər kimi göndərirdilər. Göndərilənlərin 75 faizə yaxını missiyası uğurla davam etdirə bilirdi.

Paçepa deyir ki, bu gün İslam dünyasında qərb əleyhinə radikal çıxışları, terror hücumlarını görəndə KGB-nin planını uğurla icra etdiyini demək olar.

“Rusiyada Çar vaxtının anti-Semitizm , Sionun Ağsaqqalarının protokolu adlı yalançı sənədin yayılmasından sonra yəhudi talanları başlamışdı. Nasist anti-semitizminin nəticəsi Holokost oldu. Sovetlərin yaydığı anti-semitizm ideyalarının nəticəsi isə bugünkü beynəlxalq terrorçuluqdur”.
Rumıniyanın keçmiş Baş Təhlükəsizlik Müşaviri Ion Mihai Pacepa
Kitabdakı iddialara görə, SSRİ kəşfiyyatı məhz bu planını icra eləmək üçün Fələstinin müstəqilliyinə qeyd-şərtsiz dəstək verməkdə davam edir, Fələstin Azadlıq Ordusu kimi təşkilatları Marksizm-Leninizm ideologiyası əsasında təlimatlandırır və yardımlarını əsirgəmirdi. Bununla yanaşı İsraili və Sionist ideyalarının irqçilik kimi qəbul olunması, Amerika və Qərbi isə bu ideyaların dəstəkləyicisi kimi göstərmək üçün təbliğat işi aparılırdı.

Məsələn, təbliğat materialı kimi hələ Çar Rusiya zamanı yaradılan saxta “Sionun Ağsaqqallarının protokolları” tərcümə edilib yayılırdı. Həmin protokollarda yəhudilərin Avropanı ələ keçirmək planları yer alırdı. Hələ Çar Rusiyası zamanı bu protokollar yayılandan sonra Rusiyada yəhudi talanları başlamışdı.

Paçepanın sözlərinə görə, SİG adı verilən əməliyyata bilavasitə Andorpov özü rəhbərlik edib və şəxsən kommunist ölkələrinin kəşfiyyat orqanlarına yazırmış ki, “İslam dünyası yeni hüceyrələrin yetişdirilməsi üçün istifadə olunan Petri boşqabı kimi münbit mühitdir və Marksist - Leninist fikirlərinə söykənən anti - Qərb əhvalını yetişdirmək üçün istifadə eləmək lazımdır”.

İndi Pacepa AzadlıqRadiosuna yazır ki, “Rusiyada Çar vaxtının anti-Semitizm , Sionun Ağsaqqalarının protokolu adlı yalançı sənədin yayılmasından sonra yəhudi talanları başlamışdı. Nasist anti-semitizminin nəticəsi Holokost oldu. Sovetlərin yaydığı anti-semitizm ideyalarının nəticəsi isə bugünkü beynəlxalq terrorçuluqdur”.
XS
SM
MD
LG