Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:26

Narkotik ittihamları


2006. Yazar Mirzə Sakit - hakimiyyət nümayəndələri haqda satirik şerləri mətbuatda dərc olunandan sonra həbs olunaraq 3 illik azadlıqdan məhrum edildi. Hazırda azadlıqdadır

2007. Jurnalist Eynulla Fətullayev - Avropa məhkəməsinin onun həbsdən dərhal azad olunması haqda qərarından sonra, həbsxanada onun üstündən narkotik tapıldığı elan edildi və tezliklə həbs müddəti 2,6 ay uzadıldı.

2011. AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalan - Gənclərin 11 mart etiraz aksiyası ərəfəsində həbs edildi. 2 illik həbsə məhkum olundu. 10 ay sonra əfv edilib.

2011. “Səhər” kanalının əməkdaşı Anar Bayramlı, “xeber44” saytının redaktoru Nicat Əliyev də narkotik ittihamı ilə üzləşib.

2012. "Tolışi sədo” qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Hilal Məmmədov da eyni ittihamla saxlanıb. Daha sonra o, vətənə xəyanətdə də ittiham edilib. Məhkəmə prosesi davam edir.

2012. “N!DA”çı gənc fəal Zaur Qurbanlı narkotik ittihamı ilə saxlanıb. 15 gün sonra azadlığa buraxılıb. Talassemiya xəstəsi gənc fəal bu ilin aprelində silah daşımaq ittihamı ilə həbs edilib.

2013. “NİDA” hərəkatını üzvü Məmməd Əzizov və blogger Rəşad Ramazanov - narkotik ittihamı ilə saxlanılıblar

2013. İlahiyyatçı Taleh Bağırzadə - onun həbs edən polis üstündən 1,26 qram heroin, sürücüsündən isə silah tapıldığını bildirib. İstintaq hələlik davam edir.

Bəzən bu ittihamla ictimai fəal və ya jurnalistdən başqa etirazlara əl atan sıravi vətəndaşlar da üzləşirlər.

Məsələn, “Eurovision” mahnı müsabiqəsi zamanı aparılan tikinti işlərinə görə evi sökülən İlqar Rzayev də narkotik ittihamı ilə həbs olunub.

Qızının orta məktəbdə müəllimi tərəfindən döyülməsi ilə bağlı internetdə video müsahibəsi yayılan Şaiq Ağayevin də az sonra evindən narkotik tapıldığı bildirilib.
Bəzən isə sabiqlərin də qohumları oxşar ittihamlarla üzləşiblər. Onlardan biri də Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun qohumu Qoca Quliyevdir.
XS
SM
MD
LG