Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:41

«Balaca və damda yaşayan Karlson» Bakıya gəldi


«Balaca və damda yaşayan Karlson» tamaşası
«Balaca və damda yaşayan Karlson» tamaşası
-
İyulun 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında məşhur İsveç yazarı Astrid Lindqrenin eyniadlı pyesi əsasında hazırlanmış «Balaca və damda yaşayan Karlson» tamaşasına ictimai baxış keçirilib.

Xəbəri AzadlıqRadiosuna teatrın mətbuat xidməti verib.

Azərbaycan Peşəkar Milli Teatrının 140 və Gənc Tamaşaçılar Teatrının 85 illiyinə həsr olunmuş növbəti Beynəlxalq layihə çərçivəsində hazırlanmış tamaşanın quruluşçu rejissoru ukraynalı rejissor Tatyana Şevçenko, quruluşçu rəssamı Yelena Karpenko, baletmeysteri Yekaterina Moreva, musiqi tərtibatçısı İradə Muradovadır.

Tamaşada aktyorlar Mehriban Hüseynova, Nəsibə Eldarova, Nuriyyə Əliyeva, Xalidə Əliməmmədova, Rövşən Abbasov, Səfa Mehdi, Vüsal Mehrəliyev, Asya Atakişiyeva, Anar Seyfullayev, Müşfiq Əliyev, Zümrüd Quliyeva, Vahid Orucoğlu, Xəyal Salahov, Ramil Məmmədov, Gülbəniz Mustafayeva, Anar Səfiyev və başqaları çıxış ediblər.

Bu məşhur əsərin qəhrəmanları «Balaca» ləqəbli Svante və onun təxəyyülünün məhsulu olan Karlsondur. Balacanın həyatına rəngarənglik qatan Karlson ona bəzi problemlər də yaşadır...

Teatrın mətbuat xidməti bildirir ki, tamaşanın premyerası iyulun 7-də saat 12.00--də olacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG