Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:15

Üzeyir Hacıbəylinin, Qara Qarayevin və Fikrət Əmirovun əsərləri Almaniyada səslənəcək


Foto: Arxiv

Foto: Arxiv

-
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Avropanın nüfuzlu musiqi tədbirlərdən biri olan «Gut-Immling» Opera Sənəti Festivalının (Almaniya) baş direktoru Lüdviq Baumandan dəvət alıb.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, nazirliyin dəstəyi ilə teatrın simfonik orkestri bu festivalda altıncı dəfə iştirak edəcək.

Festival avqustun 7-dən 12-dək davam edəcək.

Azərbaycandan gedəcək 60 nəfərlik heyət avqustun 11-də festivalın «Grand final» adlanan qala-konsertinə qatılacaq.

Konsertdə Qərbi Avropa bəstəkarlarının əsərləri ilə yanaşı, həm də Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev və Fikrət Əmirovun əsərləri səslənəcək.

Final konsertdə orkestri teatrın baş dirijoru, xalq artisti, professor Cavanşir Cəfərov və «Gut-Immling» festivalının bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrok idarə edəcəklər.

Hər il yay aylarında keçirilən «Gut-Immling» Beynəlxalq Opera Festivalında bu il 36 ölkədən dəvət olunmuş vokal sənəti ulduzları, dirijor və rejissorlar iştirak edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG