Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:08

Avropa Boliviya prezidentinin təyyarəsinə qadağa qoyub




İyulun 3-də Fransa, Portuqaliya, İspaniya və İtaliya Moskvadan səfərdən qayıdan Boliviya prezidenti Evo Morales-in təyyarəsinə onların hava məkanından istifadə etməyə icazə verməyiblər. ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edward Snowden-in göyərtəsində olduğu guman edilən təyyarə məcburi şəkildə Vyanaya enib. Avstrasiya hökuməti Snowden-in təyyarədə olmadığına əmin olandan sonra İspaniya ona öz hava məkanında uçuş icazəsi verib və prezidentin təyyarəsi Boliviyaya dönüb.

Boliviyanın vitse-prezidenti Alvaro Garcia Vaşinqtonu prezidentin təyyarəni həbs etmək göstərişi verməkdə suçlayıb. Bu ölkənin BMT-dəki nümayəndəliyi də təşkilatın Baş Katibi Ban Ki-moon-a şikayət edəcəklərini bildirib.

ABŞ kəşfiyyatının keçmiş əməkdaşı olan Edward Snowden-in artıq 10 gündən çoxdur Moskvada Şeremetovo hava limanının tranzit bölməsində yaşadığı guman edilir. Rusiya onu Vaşinqtona verməkdən imtina edir.

Snowden ABŞ-a verilməkdən can qurtarmaq üçün bir neçə ölkədən, o cümlədən də Boliviyadan siyasi sığınacaq istəyib.

Keçmiş kəşfiyyatçı artıq ABŞ-ın öz müttəfiqlərini izləməsi barədə Britaniya mətbuatına ötürdüyü məlumatlar beynəlxalq qalmaqala səbəb olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG