Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:04

Morsi istefa verməkdən imtina edir



Misir ordusunun ölkə hökuməti və müxalifətinə verdiyi möhlət iyulun 3-də axşam başa çatır. Dünən gecə televiziya yayılan xalqa müraciətində president bildirib ki, konstitusion legitimliyini həyatı bahasına olsa da qoruyacaq.

Morsi çıxışında həmçinin keçmiş president Hosni Mubarak-ın tərəfdarlarını ölkədə qarışıqlıq salmaqda ittiham edib.

Prezident çıxışında müxalifətlə dil tapmaq üçün bəzi təkliflər, o cümlədən hökumətin tam tərkibdə buraxılmasını da təklif edib.

Misirdə prezidenti islam diktaturası yaratmaqda ittiham edən müxalifətlə dövlət başçısının tərəfdarları ayrı-ayrılıqda kütləvi aksiyalar keçirilər. Bəzən onların arasında insan tələfatı ilə nəticələnən toqquşmalar da olur.

Bir neçə gün əvvəl ordu ultimatum yayaraq tərəflərə kompromis tampmaq üçün 48 saat möhlət verib. Müdafiə naziri əks təqdirdə ordunun öz bildiyi həll variantını icra etməklə hədələyib.

Ordunun verdiyi möhlət Bakı vaxtilə bu gün saat 19:30-da başa çatır.

Günün bütün mövzuları

XS
SM
MD
LG