Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:04

Gürcüstan birtəfəli qaydada İranla vizasız səfərləri ləğv edir



Gürcüstanın Xarici İşlər Nazirliyi birtəfəli qaydada İranla vizasız gediş-gəliş razılaşmasından çıxır. Nazirliyin rəsmi məlumatında deyilir ki, iyulun 1-də İran vətəndaşları Gürcüstan ərzisinə daxil olmaq üçün viza almalı olacaqlar. Hələlik Tehran Gürcüstan vətəndaşlarının İrana vizasız səfərlərini ləğv etməyib.

Iranla Gürcüstan 2010-cu ildən vizasız gediş-gəli razılaşması imzalamışdılar. Bundan sonra Gürcüstana səfər edən İran vətəndaşlarının sayının 4 dəfə artdığı bildirilir.

Son bir neçə ayda ABŞ-ın Maliyyə Nazirliyindən iki nümayəndə heyəti Tbilisiyə səfər edərək İran biznesinin Gürcüstanda genişlənməsindən narahatlıq ifadə ediblər. Vaşinqtonda hesab edirlər ki, İran beynəlxalq sanksiyalardan yayınmaq üçün Gürcüstanda getdikcə artan biznesindən istifadə edə bilər.

ABŞ-ın narahatlıqlarını araşdırmağı vəd edən Gürcüstanın Ədliyyə naziri isə həmçinin bildirib ki, onun ölkəsindəki İran biznesi sərt nəzarət altındadır.
XS
SM
MD
LG