Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:26

“Nazpəri İsa Qəmbərin oğlunun toyuna görə cərimələnib"


Çingiz Qənizadə
Çingiz Qənizadə

“İlhamə Quliyevanın “Mən yemirəm, yedizdirirəm...” ifadəsi təkcə Nazpəri xanıma deyil, bütün Azərbaycan tamaşaçılarına qarşı təhqir idi”

-

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Nazpəri Dostəliyevaya qarşı çıxarılan məhkəmə qərarının birbaşa olaraq onun Müsavat başqanı İsa Qəmbərin oğlunun toy mərasimində iştirakı ilə əlaqələndirib.


Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasındakı məhkəmə çəkişməsinə münasibət bildirib. Millət vəkili “Qafqazinfo”ya bildirib ki, son dövrlər Azərbaycanın tanınmış sənətçiləri, o cümlədən xalq artistləri arasında bir-birlərinə qarşı mətbuatda gedən savaş, biədəb şəkildə çəkilmiş fotolarının yayılması və ən nəhayət məhkəmə çəkişmələri biabırçılıqdan başqa bir şey deyil:

“Xüsusilə son vaxtlar xalq artisti İlhamə Quliyeva tərəfindən digər xalq artistləri Məleykə Əsədovaya, Nazpəri Dostəliyevaya, Brilliant Dadaşovaya, Aygün Kazımovaya qarşı “hücum”larının arxasında nə durduğu başa düşülən deyil.

Bir neçə gün öncə Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov İlhamə Quliyeva haqqında mətbuata belə bir fikir açıqlamışdı: “...bəzən İlhamə xanım o qədər darıxır ki, özü özünə ad verir”.

Mən bunu niyə xatırlatdım? Məndə olan məlumata görə Nazpəri Dostəliyeva İlhamə Quliyeva haqqında televiziya və mətbuatda aşağıdakı fikirləri bildirib: “İlhamə özünü “Dünya sülh səfiri”, Cenevrədə “BMT-nin idarə heyətinin üzvü”, “Vətən mükafatı laureatı”, “Dünya azərbaycanlıları Konqresi mədəniyyət akademiyasının prezidenti” kimi təqdim edir. Görəsən mövcud olmayan adları ona kim verib? O özü özünə titullar verir. Bəlkə İlhamə Quliyeva Mədəniyyət naziridir, Prezident köməkçisidir?”
İlhamə Quliyeva
İlhamə Quliyeva

Əslində Nizami Cəfərov kimi mən də bilmək istərdim ki, bu adları hansı rəsmi qurumlar verir? Lakin məndə olan məlumata görə adları çəkilən təşkilatlardan bəzilərinin rəhbərliyində olan şəxslər – Sabir Rüstəmxanlı, Paşa Qəlbinur, Samir Adıgözəlli tərəfindən məhkəməyə rəsmi sənəd təqdim olunmuşdur ki, belə bir titullar və fəxri adlar mövcud deyil.

Çox təəssüf edirəm ki, Nəsimi rayon
Nazpəri Dostəliyeva
Nazpəri Dostəliyeva
əhkəməsi tərəfindən N.Dostəliyeva yuxarıda qeyd etdiyimiz fikirlərinə görə İlhamə Quliyevaya mənəvi zərər vurması adı ilə 50 min manat cərimə edilib.

Mənəvi zərər şəxsin yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verir.

Mən hakimdən soruşmaq istərdim, Nazpəri xanımın fikirlərindən sonra bu halların hansı baş verib?

Amma unutmaq lazım deyil ki, təxminən bir ay bundan öncə ATV kanalının canlı yayımında İlhamə Quliyevanın Nazpəri Dostəliyeva ilə canlı telefon bağlantısı zamanı İlhamə xanımın heç bir etik normalara sığmayan və xüsusilə qadına yaraşmayan “Mən yemirəm, yedizdirirəm...” ifadəsi təkcə Nazpəri xanıma deyil, bütün Azərbaycan tamaşaçılarına qarşı təhqir idi.

Belə hesab edirəm ki, Nəsimi rayon Məhkəməsinin dünən verdiyi qətnamə ədalətli deyil, ləğv edilməlidir”

Hüquq müdafiəçisi Səadət Bənənyarlı məhkəmənin hökmü ilə bağlı “Qafqazinfo”ya münasibətini açıqlayıb və məhkəməni qeyri-obyektiv qərar çıxarmaqda ittiham edib: “Mən çox təəssüf edirəm ki, Azərbaycan məhkəməsi belə bir qərar verib. Bu, bizim məhkəmələrə olan inamsızlığı daha da artırır. Çünki subyektiv qərar qəbul edilib. Bir sorğuya görə insanı 50 min manat cərimələmək qeyri-qanunidir. İlk olaraq, məhkəmə İlhamə xanımın sorğusunu araşdırmalıydı. Lakin bunun tam əksinə olaraq qeyri-obyektiv, sifarişli bir qərar çıxardı.

Özlüyündə hər iki sənətçi Azərbaycanda tanınırlar. Məhkəmə yolu ilə bu məsələni həll etmək xalq artistlərinə yaraşmazdı. Burada məhkəməni aparan hakimin də üzərinə məsuliyyət düşürdü. Çünki onun qəbul etdiyi qərar prosesi daha da qızışdırdı. Biz Nazpəri xanımın müdafiəsini təmin etməyə hazırıq”.
Novella Cəfəroğlu
Novella Cəfəroğlu

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Nazpəri Dostəliyevaya qarşı çıxarılan məhkəmə qərarının birbaşa olaraq onun Müsavat başqanı İsa Qəmbərin oğlunun toy mərasimində iştirakı ilə əlaqələndirib: “Biz indiyə qədər artistlərin işlərinə qarışmamışıq, özləri dava edib, özləri də barışıblar. Lakin dünən qəbul edilən bu qərar hamımıza pis təsir etdi. Nazpəri yaxşı sənətkardır. Biz əminik ki, o, İsa Qəmbərin toy mərasimində iştirak etdiyinə görə ona qarşı belə bir hökm çıxarıldı. Nazpəri artist adamdı, hara çağırsalar ora da gedir. İlhamə xanım bir ara Flora Kərimova ilə, indi də Nazpəri Dostəliyeva ilə intriqaya girir. Biz də məhkəmənin bu qərarından sonra monitorinq qrupu kimi işi nəzarətimizə götürdük. Nazpəri xanımı apelyasiya məhkəməsində müdafiə edəcəyik”.

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri, insan haqları müdafiəçisi Səidə Qocamanlı da Nazpəri Dostəliyevanın müdafiəsini təmin etməyə hazır olduğunu deyib: “Dünən baş verən bu hadisəyə cəmiyyət tərəfindən də çox neqativ qarşılandı. İki sənətçi öz aralarındakı qarşıdurma, söz davasını məhkəməsiz filansız aralarında həll edə bilərdilər. İlhamə Quliyeva ahıl müğənnidir, sənətə möhür vuran insandır. Onun belə addımı yolverilməzdir. Burada müdriklik lazım idi. Baş verənlər nəinki iki sənətçi, iki qadın arasında münasibətlərin xoşagəlməz halıdır. İlhamə deyir ki, Dünya Sülh Səfiridir, ümumiyyətlə titulu olan insan müdrik olsun gərək. Sənətdə belə hallar həmişə olub, lakin son olanlar çox böyük biyabırçılıqdır.

Nazpəri cəmiyyətdə sevilən müğənnidir. Ona qarşı belə bir addım yolverilməzdir. Özünün dünya şöhrətli müğənni kimi təqdim edən İlhamə xanıma, hərçənd ki, o titulları necə alıb onu da bilmirəm, məsləhət görərdim ki, Türkiyə sənətçilərinə də baxsın. Onların bir-birinə qarşı münasibətinə, qayğısına. İlhamə xanımın məhkəməyə müraciəti bütövlükdə onun zəifliyindən xəbər verir. Nazpəri xanım bizə müraciət edərsə biz onun müdafiəsini təmin etməyə hazırıq”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG