Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:51

Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlanıb


«2012-ci ilin sonuna olan məlumata görə, ölkə üzrə qeydiyyata alınan narkomanların ümumi sayı 27910 nəfərdir. Onlardan 1878-i 2012-ci ildə qeydiyyata götürülüb».

APA-nın xəbərinə görə, bunu Respublika Narkoloji Mərkəzinin (RNM) şöbə müdiri, həkim-narkoloq Afət Məmmədova deyib.

O bildirib ki, ötən il RNM-ın stasionarlarına qəbul olunan 2105 nəfər xəstədən 568 nəfəri, o cümlədən 44 nəfər qadın və 524 nəfər kişi narkomaniya diaqnozu ilə daxil olub.

Şöbə müdirinin sözlərinə görə, RNM-də müayinə və müalicə olunan bütün xəstələr İİV/QİÇS-ə, həmçinin hepatit B və C infeksiyalarına, sifilisə görə müayinə olunur:

«2012-ci il ərzində respublika, şəhər və rayon narkoloji dispanserlərinin qeydiyyatında 2239 nəfərin qanı İİV-ə görə müayinə edilib, onlardan 32-də yoluxma faktı təsdiq olunub. Mərkəzdə yaradılmış İİV infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsində ötən ilə ərzində 1642 nəfər müayinədən keçib, 64 nəfərdə İİV yoluxması aşkar olunub».

Günün bütün mövzuları

XS
SM
MD
LG