Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 05:22

Misir prezidenti vəd verir, istefa vermir


Ultimatum saatı yaxınlaşdıqca kütlə Təhrir meydanına axışır
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

Ultimatum saatı yaxınlaşdıqca kütlə Təhrir meydanına axışır

-


Misirdə Ordunun 48 saatlıq ultimatumunun başa çatmasına bir neçə saat qaldığı vaxtda prezident Mohamed Morsi istefa verməyəcəyini və «konstitusion qayda-qanunu» həyatı bahasına olsa belə qoruyacağını bildirib.

Ötən gün axşam milli televiziyayla yayımlanan çıxışı zamanı Morsi ölkədəki qarışıqlığa görə sabiq prezident Hosni Mubarak-in tərəfdarlarını ittiham edib.

M. Morsi opponentləri ilə konsensus əldə etmək üçün islahatlar keçirəcəyinə də vəd verib.

Bu arada bu gün günün ikinci yarısında Misir ordusunun prezident və müxalifətə fikir ayrılıqlarının aradan qaldırılması üçün verdiyi 48 saat başa çatır. Ordu rəhbərliyi bildirib ki, əgər siyasətçilər razılığa gəlməsə öz yol xəritələri ilə Misiri böhrandan çıxaracaqlar.

Minlərlə prezident Morsi tərəfdarı ilə əleyhdarı Qahirənin Təhrir meydanında və ölkənin digər şəhərlərində etiraz aksiyalarını davam etməkdədir.

Dünyəvi müxalifət Misirin islamçı prezidentinin istefasını tələb edir, kütləvi aksiyalar keçirir, onun ölkənin dünyəvi quruluşuna zərbə vurduğunu iddia edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG