Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:55

Sosial media bayramı


-
Facebook-dan birbaşa şərh yaz
Haştaqlar yaradılır, toplantılar keçirilir, tədbirlər hazırlanır. 2009-cu ildən bəri 30 iyun dünyanın müxtəlif ölkələrində sosial media günü kimi qeyd edilir. Sosial media həvəskarları bir araya gəlir. Məqsəd həyatımızın bir parçasına çevriləm sosial medianın önəmini vurğulamaqdır.
Sosial medianın xüsusiyyətləri, imkanları, bəşəriyyətə gətirdiyi yeniliklər Azadlıq FM-də.
Verilişin sualı:

Sosial medianın cəmiyyətin həyatında rolunu nədə görürsən?
Rəqəmsal İnkişaf Mərkəzinin sədri Könül Ağayeva:
- Sosial media alətlərindən istifadə etməklə siyasi, iqtisadi, mədəni kampaniya aparmaq imkanı var. Sosial media yeni kəşfdir.
- Əvvəl sosial şəbəkələr deyildikdə Facebook, Twitter, Tumblr və başqaları nəzərdə tutulurdu. Zaman keçdikcə media alətləri çoxalmağa başladı, inkişaf etdi.
- Sosial mediada həvəskar, bir mövzuyla maraqlananlar var. Ənənəvi mediada isə çox zaman peşəkarlar, ali təhsilli insanlar çalışır...
- İnternetin yaratdığı imkandan istifadə edən insanlar öz təqdimatlarını, işlərini internet üzərindən görürlər...
Sosial media istifadəçisi Babək Musazadə:
- 2000-ci ildən başlayaraq Azərbaycan internetin inkişafı başladı. 2008-ci ildən başlayaraqsa bu inkişaf daha da sürətləndi...
- Ənənəvi media 2 tərəfə bölünürdü. Xəbəri ötürənlər və xəbəri qəbul edənlər...
- Sosial mediada etika məsələsi şəxsin özündən aslı məsələdir. Etikanın pozulması sosial medianın problemi deyil. Ola bilər ki, sosial media insana bir az rahatlıq verir...
Əli Hacızadə:
- İllər keçdikcə şirkətlə çalışırlar ki, sosial şəbəkələrdə qursunlar öz işlərini... Sosial şəbəkədə hər kəs var.
- Azərbaycanda bloqçuluq inkişaf etmədi... Məsələn Rusiyada xeyli tanınmış bloqçular var. Bu bloqçular öz bloqlarından xeyli pul qazanırlar. Amma Azərbaycanda bu mümkün deyil.

Şərhləri göstər

XS
SM
MD
LG