Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:12

Şirvan aşıqları Sen Floranda «Sarı gəlin» oxudular


Şirvan aşıqları Fransada
Şirvan aşıqları Fransada
-
Şirvan bölgəsinin aşıqları Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Fransanın Sen Floran şəhərində «Şərq» Beynəlxalq mahnı festivalı çərçivəsində geniş konsert proqramı ilə çıxış ediblər.

Xəbəri Mədəniyyət və Turizm İdarəsi yayıb.

Xəbərdə deyilir ki, fransızlar aşıq musiqisinə böyük maraq göstərib, aşıq Alının ifasını alqışlarla qarşılayıb. Aşığı Şirzad Fətəliyev (tütək), Şəmsi Fətəliyev (nağara) və Şöhrət Alıyev (qoşa nağara) müşayiət ediblər.

Konsertdə şəhərin meri və Fransanın keçmiş xarici işlər naziri Herve de Şaret və xanımı, şəhər ictimaiyyətinin nümayəndələri, yerli jurnalistlər və çoxlu sayda digər qonaqlar iştirak edib.

Tamaşaçılar aşıq Alının və onu müşayiət edənlərin ifalarını yüksək qiymətləndirib, onların yaxın vaxtlarda yeni bir konsert proqramı ilə Fransaya səfər etmələrini arzulayıb.

Yerli JET FM radiosunun təşkil etdiyi canlı yayımda Azərbaycan mədəniyyətinin zənginliyindən danışılıb, fransızların Azərbaycan muğamını yaxşı tanıdıqları və sevdikləri diqqətə çatdırılıb. Bu ölkədə tanınmayan aşıq sənəti və musiqisi barədə məlumat verilib, aşıq Alının ifasında aşıq mahnıları səslənib, «Sarı gəlin» xalq mahnısı oxunub.

Sonda «Şərq» Beynəlxalq mahnı festivalının təşkilatçısı Alan Veber aşıq musiqisindən ibarət maraqlı konsert proqramının təşkili üçün Azərbaycanın Fransadakı səfirliyinə öz təşəkkürünü bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG