Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:44

Rusiya raketinin göyə qalxmağı ilə yerə düşməyi bir olub [VIDEO]


-

«Proton-M» daşıyıcı raketi yüksələndən bir neçə saniyə sonra hərəkət trayektoriyasını dəyişərək, Baykonur ərazisinə düşüb. Tərkibində zəhərli maddələr olan raket yanacağı çevrəyə dağılıb.

Raketin uçuşu Rusiyanın «Rossiya 24» telekanalında canlı yayımlanırdı.

İlkin rəyə görə, hadisədən zərərçəkən yoxdur. Qəzanın baş verdiyi ərazidən 30 km-lik məsafədə personalın köçürülməsinə başlanıb. Baykonur sakinlərinin evakuasiyasına hələ ehtiyac görülməyib. Onlara, pəncərələri bağlamaq və örtülü yerlərdə qalmaq tapşırılıb.

«Yevraziya» sığorta şirkətinin məlumatına görə, raketdə 500 ton yanacaq olub.

Yanacağın tərkibində zəhərli maddələrin havaya və torpağa yayılmaq təhlükəsi yaranıb.


Şərhləri göstər

XS
SM
MD
LG