Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:15

Jurnalistə metroda təzyiq olub


Aynur Elgünəş
Aynur Elgünəş
-

Jurnalist Aynur Elgünəş «Həzi Aslanov» metro stansiyasında metropoliten işçilərinin təzyiqinə məruz qalıb. Bu barədə AzadlıqRadiosuna jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, hadisə vətəndaşla metropoliten işçisinin mübahisəsini işıqlandırarkən baş verib:
«Yaxınlaşdım ki, mən jurnalistəm, nə baş verib? Vətəndaş Xəyal İmanov başladı danışmağa ki, kartına pul yükləyib, amma yüklənməyib. Belə olanda nəzarətçi qadından onu keçirməsini istəyib. Vətəndaşın pulu aparatda qalsa da, nəzarətçi keçirməyəcəyini deyib. Mən onların şəkillərini çəkmək istəyəndə, qadın üstümə cumaraq, məni aşağıladı. Stansiya polisləri də onu aralamaq əvəzinə, mənə təzyiq etdilər».

Aynur Elgünəşin sözlərinə görə, məsələ ilə bağlı «Həzi Aslanov» metro stansiyasının rəisi Böyükağa Yolçuyev jurnalisti və şikayətçi Xəyal İmanovu qəbul edib. Onları dinlədikdən sonra, nəzarətçi barədə ölçü götürəcəklərini deyib və baş verənlərə görə üzr istəyib.

Jurnalistə olan təzyiqlə bağlı Metropolitenin mətbuat xidməti ilə əlaqə yaratmaq istəsək də, zənglərə cavab verilmədi. İdarənin ümumi nömrəsindən isə bildirdilər ki, belə hadisə baş verəndə metropoliten polisinə müraciət etmək lazımdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG