Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:06

Bu gecə Gəncədə 38 saylı hərbi şəhərcik ərazisində yanğın baş verib.

Şəhərcikdəki 12 mənzildən ibarət, sahəsi 500 kvadratmetr olan taxta konstruksiyadan qurulma «Fin» tipli yaşayış binasının 300 kvadratmetri yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən məlumat verilib.

Hadisə yerinə 9 yanğınsöndürən avtomobil cəlb edilib. Təxminən 40 dəqiqə ərzində alovun başqa evlərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da evlər yararsız hala düşüb. 12 ailə evsiz qalıb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

XS
SM
MD
LG