Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:33

Bir neçə günə Tbilisi prospektindəki yolun açılması gözlənilir


Yaxın 3-4 gün ərzində Bakının Tbilisi prospektinin bağlanan hissəsi avtomobillərin hərəkəti üçün tam açılacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin «Azəryolservis» SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda təmir aparılan ərazidə asfalt-beton örtüyünün salınması işləri aparılır.

Həsən Əliyev küçəsinin kəsişməsindən Tbilisi prospekti ilə 20 Yanvar metrostansiyası istiqamətində A.Salamzadə küçəsinin bir hissəsində (Nəqliyyat Nazirliyinin inzibati binasının qarşısı) asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar iyunun 28-i gecə 00:00-dan başlayaraq təmir işləri başa çatanadək avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulub.
XS
SM
MD
LG