Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:50

İ. Əliyev: «Azərbaycan enerji təhlükəsizliyini 100 faiz təmin edir»


İlham Əliyev

İlham Əliyev

-

«Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, enerji təhlükəsizliyini özü 100 faiz təmin edir». Bunu ötən gün prezident İlham Əliyev Şirvan şəhərində «Cənub» Elektrik Stansiyasının açılışı zamanı deyib. Prezident bildirib ki, Azərbaycan nəinki öz enerji təhlükəsizliyini təmin edib, eyni zamanda, digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində də öz rolunu oynayır:

Prezident qeyd edib ki, bu stansiyanın tikilməsi də Azərbaycanın enerji siyasətinin təzahürüdür:

«Düzdür, bu stansiyanın tikilməsində xarici banklar və fondlar bizə dəstək olublar. Ancaq əgər Azərbaycanın güclü maliyyə və iqtisadi imkanları olmasaydı, biz bu kreditləri ala bilməzdik. Amma bununla bərabər, indi biz özümüz kreditlər veririk və Azərbaycanın maliyyə vəziyyəti çox möhkəmdir».

Prezident son 10 ildə Azərbaycanda 14 elektrik stansiyasının tikildiyini, ümumi stansiyaların sayının isə 23 olduğunu bildirib. On il ərzində təxminən üç min meqavat gücündə stansiyalar tikilib və hazırda onların ümumi generasiya gücü 6 min meqavatdır.

Dövlət başçısı bu sahənin gələcəyi ilə bağlı fikirlərini də bölüşüb:

«Əminəm ki, bu stansiyanın fəaliyyəti nəticəsində bölgə qarşısında, ölkə qarşısında duran bütün vəzifələr icra ediləcək. Çünki Azərbaycanda gedən uğurlu inkişaf, sənayeləşmə prosesi diktə edir ki, bizdə generasiya gücləri yaradılsın. Əgər son 10 il ərzində 14 elektrik stansiyası tikilməsə idi, biz bu gün indiki iqtisadi inkişafa nail ola bilməzdik. Çünki Azərbaycanda hər il çoxlu sayda yeni müəssisə tikilir, yeni zavodlar, fabriklər açılır və beləliklə, ölkənin sürətli inkişafı təmin edilir. Generasiya gücləri, əlbəttə ki, bütün bu inkişafın təməlində durmalıdır və Azərbaycanda istehsal edilən enerji tələbatdan həmişə artıq olmalıdır. Bu gün bu, belədir. Bu gün bizdə hələ ehtiyat var ki, sənayenin inkişafı davam etsin. Eyni zamanda, yeni stansiyaların tikintisi də nəzərdə tutulur. Gələn illərdə 2 min meqavat gücündə olan yeni stansiyalar tikilməlidir. /President.az/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG