Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:39

Rusiyada qala bilməsi üçün ABŞ kəşfiyyatçısına Putindən şərt



Rusiya prezidenti Vladimir Putin ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edward Snowden-in Rusiyada qalmaq üçün ən azı bir şərtə əməl etməli olduğunu bildirib. Bu da onun ABŞ-a ziyan vurmağı dayandırmasıdır.

Qeyri-rəsmi xəbərlərə görə ABŞ-a ekstradisiya olunmaqdan yaxa qurtarmaq üçün Hon-Konqdan Ekvadora getməyə çalışan Snowden 10 gündən çoxdur Moskvada Şeremetovo hava limanının tranzit bölməsində yaşayır. Onu dövlətə xəyanətdə ittiham edən ABŞ pasportunu ləğv edib.

Vladimir Putin Snowden-in Rusiya təhlükəsizlik xidmətinə çalışması barədə iddiaları rədd edib. Prtezident bildirib ki, keçmiş kəşfiyyatçı özünü insan haqları fəalı kimi təqdim edir. Putin əlavə edib ki, Moskva keçmiş kəşfiyyatçını Vaşinqtona verməyəcək.

Edward Snowden artıq Britaniya mətbuatına ABŞ-ın Avropa Birliyindən olan müttəfiqlərini izlədiyi barədə məlumatlar ötürüb. İtaliya, Fransa, Yaponiya və Türkiyənin ABŞ-dakı ofislərini ABŞ kəşfiyyatının dinləməsi barədə onun iddiaları böyük qalmaqala səbəb olub.
Almaniya bildirib ki, Vaşinqtonun öz müttəfiqlərini izləməsi barədə xəbərlər doğrudursa, qəbulolunmaz davranışdır.

Prezident Barack Obama da öz komandasına iddiaların araşdırılmasını tapşırdığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG