Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:10

Gürcüstanda növbəti prezident seçkisi oktyabrın 27-ə təyin edilidi




Gürcüstan prezidenti Mikheil Saakashvili bu il oktyabrın 27-də ölkədə növbəti president seçkisinin təşkili barədə sərəncam imzalayıb. İkinci prezidentlik müddəti başa çatan Saakashvili özü bu seçkiyə qatılmayacaq.

Baş nazir Bdzina İvanishvili keçən həftə deyib ki, president sarayını tərk etdikdən sonra Mikheil Saakashvilinin həbs olunacağını istisna etmir.

İvanishvilinin rəhbərlik etdiyi müxalifət koalisiyası keçən ilin oktyabrında keçirilən parlament seçkisində qalib gəlib. Bundan sonra hökuməti formalaşdıran müxalifət prezidentin bir neçə yaxın müttəfiqini maliyyə pozuntuları və başqa qanunsuz əməllərdə ittiham edərək həbs edib. Saakashvili və tərəfdarları isə İvanishvilinin komandasının siyasi qisasçılıq etdiklərini deyirlər.

Hökuməti formalaşdıran Gürcü Arzusu müxalifət koalisiyası indiki Təhsil naziri Giorgi Margvelashvilini prezidentliyə namizəd irəli sürüb. Keçən ay parlamentin keçmiş sədri Nino Burjanadze də prezidentliyə namizəd olacağını açıqlayıb.

Müxalifətdə olan işçi partiyası da öz namizədini verib.
XS
SM
MD
LG