Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:13

İslam Partiyası Mövsüm Səmədovun namizədliyini irəli sürdü


-
İyulun 1-də 12 il azadlıqdan məhrum edilmiş, İslam Partiyasının sədri Mövsüm Səmədovun prezidentliyə namizədliyi irəli sürülüb.

Bu haqda qərar partiyanın Baş Məclisində verilib.

Prezidentliyə namizədliyi verilən Mövsüm Səmədov özü isə bir neçə günlük «kars»a (cərimə təcridxanasına) salınıb. Bu barədə «Turan»a vəkil Anar Qasımlı bildirib.

Vəkilin dediyinə görə, bu haqda iyulun 1-də hüquqlarını müdafiə etdiyi şəxslə görüşmək üçün 11 saylı Cəzaçəkmə Müəssisəsinə gedəndə bilib:

«M.Səmədovun hansı səbəbdən və neçə günlüyə «kars»a salınması ilə bağlı məlumat verməyiblər».

Vəkili həbsxanaya buraxmayıblar və sabah gəlməyini tövsiyə ediblər.

Anar Qasımlı M.Səmədova işgəncə verildiyini ehtimal etdiyini bildirir.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

M.Səmədov 2011-ci ilin yanvarında həbs olunub. O, hakimiyyəti zorla ələ keçirməyə cəhddə təqsirli bilinərək 12 il azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG