Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:53

Putin qaz istehsalçılarını Avropanın “təzyiqlərinə sinə gərməyə” çağırır




Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Moskvada keçirilən Qaz İxrac edən Ölkələr Forumunun sammitində çıxışında onları Avropa Birliyinin “təzyiqlərinə sinə gərməyə” çağırıb. O qeyd edib ki, Avropa Birliyinin enerji təchizatı qaydalarına etdiyi dəyişikliklər ənənəvi qaz təchizatçılarının Avropa bazarlarında fəaliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Putinin fikrincə, bazarda qeyri-müəyyənliyi azaltmaq üçün İxracatçı ölkələr qazın qiyməti məsələsində eyni mövqedən çıxış etməlidirlər.

Putin həmçinin üzv ölkələri qazdan avtomobil yanacağı kimi istifadə etməyin genişləndirilməsi yolları üzərində düşünməyə çağırıb.

Avropa Birliyinə çəkilməkdə olan yeni qaz kəmərləri, bu bazara maye qazın getdikcə daha çox çıxarılması qaz təchizatçılarını ciddi rəqabətlə qarşı-qarşıya qoyub.
XS
SM
MD
LG