Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:45
-
«Azərbaycan cəmiyyəti İlham Əliyevin namizədliyi ilə bağlı YAP-ın V qurultayının qərarını birmənalı olaraq dəstəkləyir».

APA-nın məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, deputat Əli Əhmədov iyulun 1-də partiyanın Nəsimi rayon qərargahında görüşdə deyib.

Onun sözlərinə görə, İlham Əliyev növbəti beş ildə də Azərbaycana rəhbərlik edəcək və bu da Azərbaycanın növbəti beş ildə bütün sahələrdə inkişafının, təhlükəsizliyinin qarantı deməkdir:

«Bu gün Azərbaycan xalqının böyük əksəriyyətinin seçimi yalnız İlham Əliyevdir. Seçicilərin tam əksəriyyəti qarşıdan gələn seçkilərdə İlham Əliyevə səs verəcəklər».

Ə. Əhmədov qeyd edib ki, ölkədəki hazırkı ictimai ovqat da YAP-ı qane edir:

«Seçkilərdə qalib gəlməklə bağlı bizim heç bir nigarançılığımız yoxdur. Amma seçkilərə hansısa bir töhfə vermək partiyanın hər bir üzvünün məsuliyyətidir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG