Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:06

Bakı İslam Universitetinə qəbul qaydaları dəyişib


Bakı İslam Universitetinə qəbul olunmaq istəyən abituriyentlər bundan sonra qabiliyyət imtahanı verəcəklər. Eyni zamanda, dini-psixoloji komissiya abituriyentləri həm dini bilgilər, həm də psixoloji baxımdan sınaqdan keçirəcək. Bununla bağlı iyulun 1-də BİU-da komissiya yaradılıb.

«Media forum» saytına açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib ki, bu təşəbbüs Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından gəlib:

«Bakı İslam Universitetinin təsisçisi Qafqaz Müsəlmanları İdarəsi də bu işə dəstək verdi. Bir neçə ildir ki, Bakı İslam Universitetinə tələbə qəbulu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə aparılır. Dini-psixoloji komissiyanın fəaliyyəti isə dini təhsil üçün daha uyğun və səriştəli kadrların seçilməsinə hesablanıb. Qabiliyyət imtahanı ilə yanaşı digər sahələrdə olduğu kimi universitetə qəbul yenə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının direktivləri əsasında həyata keçiriləcək.

Dini-psixoloji komissiyada Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ayırdığı psixoloqlar və Bakı İslam Universitetinin professor-müəllim heyəti təmsil olunur».

Bakı İslam Universitetində təhsil almaq istəyən abituriyentlər iyulun 6-na kimi qabiliyyət imtahanında iştirak edə biləcəklər.
XS
SM
MD
LG