Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:33

Zaur Qurbanlının şikayəti təmin edilmədi


-
İyulun 1-də Bakı Apellyasiya Məhkəməsi N!DA Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlı haqqında Nəsimi rayon Məhkəməsinin həbs-qətimkan tədbirinin daha 3 ay uzadılması ilə bağlı qərarından şikayətini təmin etməyib.

Zaur Qurbanlı aprelin 1-də saxlanıb. Cinayət Məcəlləsinin 228.3 maddəsi ilə odlu silah saxlamaqda ittiham olunur. Nəsimi rayon Məhkəməsi onun haqqında üç aylıq həbs qətimkan tədbiri seçmişdi, sonradan həmin müddət daha 3 ay artırılmışdı.

Zaur Qurbanlı talassemiya xəstəsidir. Vəkili onun ev dustaqlığına buraxılması ilə bağlı müraciət etsə də, ona rədd cavabı verilib.

Hazırda NİDA hərəkatının 7 fəalı həbsdədir.

«Amnesty International» beynəlxalq hüquq müdafiə təşkilatı onları vicdan məhbusu sayır.
XS
SM
MD
LG