Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:57

ABŞ kəşfiyyatı müttəfiqlərini də güdürmüş?




ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edward Snowden-in mediaya sızdırdığı yeni məlumatlara görə Vaşinqton Fransa, Yunanıstan və İtaliyanı izləyirmiş.

Britaniyada çap olunan “Guardian” qəzeti Snowden-in verdiyi sənədlərə istinadla yazır ki, ABŞ kəşfiyyatı Avropa Birliyinin Vaşinqtondakı nümayəndəliklərini və BMT-dəki ofisini elektron vasitələrlə nəzarətdə saxlayırmış.

Bu sənədlərə görə ABŞ kəşfiyyatı Yaponiya və Türkiyə nümayəndəliklərini də izləyirmiş.

Vaşinqton özünün müşahidə proqramları barədə getdikcə genişlənənən ittihamlara cavab verəcəyini bildirib. Kəşfiyyatın sözçüsü bazar günü deyib ki, bütün başqa ölkələrin uyğun qurumları kimi onlar da münasib məlumatları toplamaqla məşğul olurlar.

Edward Snowden hazırda Moskvada hava limanının tranzit zonasında yaşayır. O, dövlətə xəyanətdə ittiham olunduğu ABŞ-a ekstradisiya olunmaqdan qaçmaq üçün Ekvadordan sığınacaq almağa çalışır. Amma ABŞ onun pasportunu ləğv edib. Hələlik Rusiya da onu Vaşinqtona təhvil vermir.

Günün bütün mövzuları

XS
SM
MD
LG