Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:11

Azərbaycanın Misirdəki səfirliyi fəaliyyətini davam etdirir


«Azərbaycanın Misirdəki səfirliyi tam tərkibdə normal rejimdə öz fəaliyyətini davam etdirir. Onların geri çağırılması və ya çıxarılması barədə heç bir qərar yoxdur». Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Misirdəki gərginliklə bağlı Azərbaycan səfirliyinin fəaliyyəti haqda «Turan»ın sualını şərh edərkən belə deyib. Onun sözlərinə görə, bundan bir müddət öncə Azərbaycan vətəndaşlarına öz təhlükəsizliklərini təmin etmək üçün tədbirlər görmək xahişi ilə müraciət edilib.

Misirdəki hadisələr zamanı Azərbaycan vətəndaşlarının xəsarət almasına gəlincə, E. Abdullayev indiyədək bu barədə heç bir məlumatın daxil olmadığını deyib.

2011-ci ildə Misirdə baş vermiş «ərəb baharı» zamanı Azərbaycan səfirliyinin əməkdaşı Nicat Qocayev həlak olmuşdu.

Hazırda Misirdə vəziyyət gərgin olaraq qalır. Son günlər prezident Mohamed Morsi-nin tərəfdarları və əleyhdarları arasında baş verən toqquşmalarda 7 nəfər ölüb, 600-dən artıq şəxs yaralanıb.
XS
SM
MD
LG