Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:29
-

Naxçıvanda xalq şairi Məmməd Arazın ev muzeyi yaradılacaq.

Bu haqda sərəncamı Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov verib.

Sərəncama əsasən ev muzeyi şairin doğulduğu Şahbuz rayonun Nursu kəndində yaradılacaq.

Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də doğulub. 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Sovet Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib.

1995-ci ildə Azərbaycan Respublikasının İstiqlal ordeni və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilib.

1993-cü ildə onun adına "Məmməd Araz" mükafatı təsis olunub. 2004-cü il dekabrın 1-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG