Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:06

Naxçıvanda Məmməd Arazın ev muzeyi yaradılır


Məmməd Araz
Məmməd Araz
Naxçıvanda mərhum xalq şairi Məmməd Arazın (İbrahimov) ev muzeyi yaradılacaq.

Bu haqda sərəncamı Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov verib. Sərəncama əsasən, ev muzeyi şairin doğulduğu Şahbuz rayonunun Nursu kəndində yaradılacaq.

Məmməd Araz 1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nursu kəndində doğulub. Uzun müddət Azərbaycan Sovet Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib.

1995-ci ildə Azərbaycan Respublikasının İstiqlal ordeni və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilib. 1993-cü ildə onun adına «Məmməd Araz» mükafatı təsis olunub. Şair 2004-cü il dekabrın 1-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Bakıda Atatürk prospektinə çıxan küçələrdən biri onun adını daşıyır.
XS
SM
MD
LG