Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:17

Xorvatiya Avropa Birliyinin 28-ci üzvü oldu


Zaqrebdə Xorvatiyanın AB-ə qoşulması qeyd olunur

Zaqrebdə Xorvatiyanın AB-ə qoşulması qeyd olunur

-

Bu gündən etibarən Xorvatiya Avropa Birliyinin (AB) rəsmən 28-ci üzvüdür. Ötən axşam minlərlə insan, o cümlədən AB rəsmiləri Zaqrebin mərkəzinə toplaşaraq tarixi anı qeyd ediblər.

Xorvatiyanın bloka qoşulması onun keçmiş Yuqoslaviyadan ayrılmasının 20-ci ilinə təsadüf edir. Son 6 il idi bu ölkə AB ilə üzvlük üçün danışıqlar aparıb və qurumun təkidilə çoxsaylı islahatlar həyata keçirib.

AB üzvü olaraq Xorvatiya hələlik Şengen zonasına daxil olmayacaq və Birliyin valyutası – avrodan istifadə etməyəcək.

AB ölkələrində beş ildir iqtisadi tənəzzül yaşanır. Bir çox ölkələr böhrandan qurtulmaq üçün xərcləri azaldıb, vergiləri artırıb. Xorvatiyada da iqtisadi artım zəif gedir, 4 milyon yarım əhalisinin təxminən 20 faizi işsizdir.

Xorvatiyadan başqa keçmiş Yuqoslaviya ölkələrindən Sloveniya da 2004-cü ildən Avropa Birliyinin üzvüdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG