Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:37

«Naxçıvan Ziyalıları» birliyinin toplantısı keçirilib


-
«Biz naxçıvanlılar İlham Əliyevin 3-cü dəfə namizəd olmasına da, Mehriban Əliyevanın namizədliyinin verilməsinə də etiraz edirik. Bunlar hakimiyyəti bir ailənin əlində saxlamaq cəhdidir. Naxçıvan Ziyalıları Milli Şuranı dəstəkləyir və Milli Şuranın namizdəniə səs verəcək».

Bunu iyunun 30-da Demokrat Partiyasının qərargahında keçirilən «Naxçıvan Ziyalıları» birliyinin toplantısında birliyin sədri, AXCP sədrinin müavini Asəf Quliyev bildirib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib ki, «bəziləri deyir ki, hakimiyyət naxçıvanlıların əlindədir. Cəmiyyət çox gözəl bilir ki, bu ağ yalandır. Naxçıvan Ziyalıları birliyi bunu çox gözəl sübut edib. Bitərəf ziyalıların bir araya gələrək müstəqil fikirlərini söyləməsi ölkəmizdəki dəyişikliyə çox böyük töhvə verəcək. Hakimiyyət dünyanı da, xalqı da bezdirib».

AXCP sədri Əli Kərimli isə Naxçıvan sakinlərinin dolanışıq üçün qonşu ölkələrə getdiyinə diqqət çəkib: «Siz Naxçıvan ziyalıları səsinizi qaldırmaqla milli birliyə öz töhfənizi verdiniz. Sizin bu toplantınız heç də regionçuluq əlaməti deyil. Bu zülmün eyni və daha da artıq dərəcəsi Naxçıvandadır. Demokratik hərəkatın ən güclü bölgəsi Naxçıvan olub. Amma indi Vasif Talıbov kimi avtoritar rejimə qulluq edən biri naxçıvanlılara zülm edir».

Əli Kərimli çıxışında Milli Şuranın yaxın günlərdə vahid namizədini müəyyənləşdirəcəyini də bildirib: «Biz Milli Şuranı təşkil edərkən rejimə qarşı demokratik qüvvələri bir araya gətirdik. Hazırda Azərbaycan höküməti ləyaqətli insanlara qarşı repressiyalar həyata keçirir. Repressiyaların əsas səbəbi isə odur ki, hakimiyyət qorxu içərisindədirlər», deyə AXCP sədri bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG