Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:25
-
Bu gün Misirdə prezident Mohamed Morsiyə qarşı geniş etiraz aksiyasının keçiriləcəyi gözlənilir.
Hosni Mubarakin devrilməsindən sonra seçki yolu ilə prezident seçilən Morsinin hakimiyyətə gəlməsinin bir ili təntənə ilə deyil, qanlı etirazlarla qeyd olunur.
Bir neçə gündür Morsi tərəfdarları ilə əleyhdarları arasında baş verən qarşıdurmalarda 7 nəfər ölüb. Ölkənin ikinci böyük şəhəri olan İsgəndəriyyədə Müsəlman Qardaşlarının Mərkəzi yandırılıb. Həmin hadisələrdə bir amerikalı gənc və bir misirli jurnalist də ölüb. Port Said şəhərindəki etirazlar zamanı isə bir nəfər ölüb, 15 nəfər yaralanıb.
ABŞ prezidenti Barack Obama deyib ki, «Misirdə baş verənləri narahatlıqla izləyirik».

Obama tərəfləri toqquşmalardan kənar durmağa çağırıb.
Müxalif gənclik təşkilatı Tamarod (Üsyançı) Morsinin istefası üçün imza kampaniyasına başladığını, kampaniyanı 22 milyondan çox adamın dəstəklədiyini bildirib.

Morsi isə dünən təhlükəsizlik və daxili işlər nazirləri ilə toplantı keçirib. Müdafiə nazirin Abdulfattah al Sisi deyib ki, «ordu daxili və xarici təhdidlərə qarşı Misiri qoruyacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG