Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:27

Rüstəm İbrahimbəyovun iddiası təmin olunmadı


Rüstəm İbrahimbəyov və Əli Həsənov

Rüstəm İbrahimbəyov və Əli Həsənov

-
Səbail rayon Məhkəməsi kinodramaturq Rüstəm İbrahimbəyovun Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənova qarşı iddiasını təmin etməyib.

Rüstəm İbrahimbəyovun məhkəməyə müraciət etməsinə Əli Həsənovun müsahibəsi səbəb olub.

Əli Həsənov müsahibədə Rüstəm İbrahimbəyovu «qeyri-peşəkar» adlandırıb, onu Şəhidlər Xiyabanının yaxınlığında restoran, əyləncə müəssisələri tikmək cəhdində ittiham edib. İbrahimbəyov isə bunu şərəf və ləyaqətinin təhqir olunması kimi qiymətləndirərək məhkəməyə müraciət edib.

İyunun 28-də məhkəmə cavabdehin iştirakı olmadan məsələyə baxıb. Hakim Rüstəm İbrahimbəyovun iddiasını təmin etməyib.

Vəkil Fuad Ağayev «Turan»a deyib ki, ola bilsin, məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verilsin.

Günün bütün mövzuları

XS
SM
MD
LG