Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:13
-
«Azərbaycanda siyasi İslam sıxışdırılıb. İslam partiyası var, ancaq fəaliyyətləri Bakının cəmi 2-3 kəndində hiss olunur. Azərbaycanda bu partiya ümummilli səviyyədə hiss olunmur».

Bunu AzadlıqRadiosunun «Qafqaz Qovşağı» verilişinin dəyirmi masasına qatılan politoloq Hikmət Hacızadə deyib.

Politoloqun fikrincə, «Azərbaycan dövləti repressivdir, azadlıq yoxdur. Biz Gürcüstan deyilik...».

Yerevan Dövlət Universitetinin professoru Artsrun Saakian Ermənistan kilsəsinin nüfuzundan söz açıb:

«Gürcüstan kilsəsi ilə müqayisədə bizim kilsənin nüfuzu yüksəkdir. Ancaq kilsə və onun nümayəndələri təşəbbüskar deyillər. Ola bilsin, Gürcüstanda ruhanilər müəyyən mənada öz çıxış və qərarları ilə təşəbbüskardırlar Beləcə, ictimai rəyə təsir göstərirlər. Bizdə vəziyyət fərqlidir».

Levan Abashidze

Levan Abashidze

Aparıcının «sabah Yerevanda homofobiya əleyhinə aksiya keçirilsə, kilsə bu məsələyə münasibətini bildirəcəkmi» sualına A.Saakyan belə cavab verib:

«Mənə elə gəlir ki, belə şey olsa, kilsə öz fikrini ən sonda bildirər».

Gürcüstanlı teoloq Levan Abashidze öz ölkəsində kilsənin müəyyən təsir və siyasi nüfuzunu danılmaz saysa da, bunu şişirtməyə gərək olmadığını deyib:

«Gürcüstan dünyəvi dövlətdir. Kilsə hansısa mənəvi tələbi diktə etmək istəsə, elə bir an yetişə bilər ki, ona, sadəcə, əhəmiyyət verməzlər».

Dinin cəmiyyət və siyasətdə roluna dair üç qafqazlının debatını ətraflı burdan dinlə (rusca):

Şərhləri göstər

XS
SM
MD
LG