Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:26

Bakıda günvurma ilə əlaqədar 3 nəfər xəstəxanaya yerləşdirilib


-
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə əlaqədar müraciət edənlərin sayı artıb.

Stansiyanın baş həkiminin müavini Oqtay Şahmalıyev apa-ya deyib ki, bu günə kimi günvurma ilə əlaqədar stansiyaya 11 müraciət daxil olub və onlardan 3-ü xəstəxanaya yerləşdirilib:

«Günvurma halları havaların istiləşməsi ilə bağlı olaraq iyunun 15-dən sonra daha da artıb. Belə ki, həmin vaxta kimi cəmi 2 nəfər günvurma ilə əlaqədar stansiyaya müraciət etmişdisə, iyunun 15-dən sonra daha 9 nəfər müraciət edib. Bununla da bu günə kimi müraciət edənlərin sayı 11 nəfərə çatıb».
XS
SM
MD
LG