Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:28

Çində uyğurlar polis məntəqəsinə hücum ediblər


-
Çində 100 nəfərdən çox adam polis məntəqəsini tutmağa cəhd edib.

Çin mediasının məlumatına görə, hadisə ölkənin Sincan-Uyğur muxtar vilayətində baş verib.

Məlumatda bildirilir ki, motosikletlərlə polis məntəqəsinə yaxınlaşan 100-dən çox adam bıçaqla əl-qol ataraq polis məntəqəsini tutmaq istəyib.

Zərərçəkənlər barədə məlumat verilmir.

Bundan əvvəl Çin hakimiyyəti adıçəkilən muxtar vilayətdə 35 nəfərin ölümü ilə nəticələnən qarşıdurma barədə məlumat yaymışdı.

Son vaxtlar Sincan əyalətində qarşıdurmalar, zorakılıqlar barədə məlumatlar gəlməkdədir. Hesab olunur ki, bu, 4 il əvvəl baş verən hadisələrin ildönümünün yaxınlaşması ilə bağlıdır.

2009-cu il iyunun 5-də baş verən kütləvi qarşıdurmalarda 200 nəfərə yaxın adam ölüb. Bu ərazidə yaşayan və ən böyük etnik qrup olan müsəlman uyğurlar baş verənlərdə Pekini günahlandırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG