Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:56

«Qara şəhərli»lər Prezident Administrasiyasına üz tutdular [Video]


-
İyunun 29-da 60-a yaxın «Qara şəhər» sakini Prezident Administrasiyası qarşısında aksiya keçirib.

Sakinlərin AzadlıqRadiosuna dediyinə görə, belə bir addım atmalarına səbəb «Ağ şəhər» layihəsi ilə bağlı evləri sökülən ailələrə az kompensasiya təklif edilməsidir:

«Evimizin hər kvadratmetrinə 750-1000 manat verilir. Bu, çox azdır. Bu pula haradan ev almaq olar? Prezident çıxışında deyib ki, hamıya 1500 manatdan pul verilsin. Deyilən məbləğ verilsin, biz də çıxıb gedək».

Narazıların bir qrupu qəbul edilib.

Aksiya zamanı jurnalistlərin ərazidə çəkiliş aparmasına bir neçə dəfə mane törədilib. Hətta bir dəfə jurnalistlərin kameraları əllərindən alınaraq yaddaşı pozulub.

100 ildən çox müddətdə Bakının neft sənayesinin mərkəzi sayılan Xətai rayonu ərazisindəki «Qara şəhər»də - 221 hektarlıq sahədə «Ağ şəhər» salınır. «Ağ şəhər» layihəsinin təməlqoyma mərasimi 2011-ci ilin dekabrında olub. Bu ərazidə inzibati və yaşayış binalarının, müxtəlif ticarət mərkəzlərinin tikilməsi, istirahət parklarının və yeni yaşayış mərkəzini dənizlə birləşdirəcək bulvarın salınması planlaşdırılır. Layihənin gerçəkləşəcəyi məkanda 850-yə yaxın yaşayış evi plana düşüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG