Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:00
-
İyunun 28-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin nəticələrini açıqlayıb.

Müsabiqənin nəticələrinə görə, qarşıdakı 6 ay üçün 31 qəzetə 1 milyon 256 min manat pul ayrılıb. Bu, ötən dəfə qəzetlərə ayrılan vəsaitdən 348 min manat çoxdur. Birinci yarımillikdə 29 qəzetə pul ayrılmışdı.

Qəzetlərə ayrılan ən yüksək məbləğ 60 min manatdır. Bu məbləği alan 13 qəzet arasında «Azadlıq» və «Yeni Müsavat»ın da adı var.

Yeddi qəzetin hər birinə 40 min, üç qəzetə 30 min, iki qəzetə 20 min, bir qəzetə 15 min, bir qəzetə 10 min, yerdə qalan 4 qəzetin hər birinə isə 8 min manat ayrılıb.

Müraciət edən qəzetlərdən yalnız birinə - «Bütöv Azərbaycan» qəzetinə vəsait ayrılmayıb. Müşahidə Şurasının məlumatına görə, bu qəzetin təqdim etdiyi sənədlər müsabiqə şərtlərinə uyğun gəlməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG