Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:00
-
Parisdə vəfat etmiş SSRİ və Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun dəfn mərasimi iyulun 3-də keçiriləcək.

Bu barədə apa-ya məlumat verən Toğrul Nərimanbəyovun həyat yoldaşı Sevil Nərimanbəyova bildirilib ki, xalq rəssamı həmin gün yerli vaxtla saat 15:30-da Parisin Passi məzarlığında torpağa tapşırılacaq. Artıq bununla bağlı Paris merindən müvafiq icazə alınıb.

SSRİ və Azərbaycan Respublikasının dövlət mükafatları laureatı, SSRİ və Azərbaycanın xalq rəssamı, Azərbaycan prezidentinin fərdi təqaüdçüsü Toğrul Nərimanbəyov iyunun 2-də 83 yaşında vəfat edib. Mərhumun ikinci həyat yoldaşı Sevil Nərimanbəyova onun Fransada dəfn edilməsini istəyib. Lakin T.Nərimanbəyovun qızı Əsmər Nərimanbəyova buna qarşı çıxıb. O, atasının Azərbaycanda dəfn olunması tələb edib və Fransa məhkəməsində bununla bağlı iddia qaldırıb. Məhkəmə mərhumun Fransada dəfn olunması barədə qərar çıxarıb. Qərardan verilən apellyasiya şikayəti isə təmin olunmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG