Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:16

Siyasətdə İnterpol taktikası


Mehman Əliyev
Mehman Əliyev
-
«HAKİMİYYƏTİN NAMİZƏDİ MƏHZ MEHRİBAN ƏLİYEVA OLACAQ»

«Güman ki, Mehriban Əliyeva namizəd olacaq».

Bunu «Azadlıq» qəzetinə müsahibəsində «Turan» informasiya agentliyinin direktoru Mehman Əliyev deyib:

«Mehriban Əliyevanın YAP sədrinin müavini seçilməsi çox tələsik formada baş verdi. Qurultayın özü də fövqəladə şəraitdə keçirilmişdi. Artıq bu zaman demək olardı ki, Mehriban Əliyevanın prezidentliyə namizədliyinin irəli sürülməsi üçün böyük şans var və güman etmək olar ki, hakimiyyətin namizədi məhz Mehriban Əliyeva olacaq».

MƏDƏNİYYƏTİ İLƏ VİDALAŞAN ÖLKƏLƏR, ORDA AZƏRBAYCAN DA VAR

«Ayna» qəzeti «mədəniyyəti ilə vidalaşan ölkələr»dən yazır. Qəzet həmin ölkələrin içərisində Azərbaycanın da olduğunu qeyd edir:

«... özü də bu vidalaşma artıq yuxarıdan gələn sifariş deyil, cəmiyyətin mahiyyətindən irəli gələn bir biabırçılıqdır. Ona görə biabırçılıq ki, cəmiyyət kimi bir məfhum nəyəsə vida edirsə, adətən, daha mükəmməl bir şeyə doğru mənən yüksəlmək üçün edir. Bizdə isə bunun heç ünsürü gözə dəymir».

PƏNAH HÜSEYN RÜSTƏM İBRAHİMBƏYOVDAN ŞÜBHƏLƏNİR, HƏM DƏ...

«Bəzən təəssürat yaranır ki, bu, Rüstəm İbrahimbəyovun yox, sanki onun arxasındakı işləyən bir kollektiv ağılın, siyasi düşüncə mərkəzinin işləyib hazırladığı plandır».

Pənah Hüseyn
Pənah Hüseyn
Bunu «Yeni Müsavat»a müsahibəsində sabiq baş nazir Pənah Hüseyn deyib. O, ortalıqda hansısa yeni bir texnologiyanın ola biləcəyini də istisna etmir:

«... bir neçə əsr əvvəlki dövrlərdə, məsələn , hansısa sülalənin bir üzvü xaricə gedirdi, hansısa dövlətdə qalırdı və taxt-taca iddia irəli sürürdü. İndi bir növ buna bənzər texnologiyalar tətbiq edilir... Biz indi bu taktikanı Azərbaycanda müşahidə edirik. Tamamilə mümkündür ki, bu, düşünülmüş, planlaşdırılmış şəkildədir. ...Amma eyni zamanda üstünlükləri də var. Çünki lider xaricdə olduqda rejim daxildə hansı repressiyaları edir-etsin, kökü qazıb tam kənara çıxara bilmir».

MİLLİ ŞURADA ÇIXILMAZ DALANA DİRƏNİBLƏR

«Yeni Azərbaycan» qəzeti yazır ki, «İsa Qəmbər, Əli Kərimli və Eldar Namazov «Milli şura»nın digər üzvlərini saymırlar».

Qəzetə görə, radikal müxalifət Şurada yenidən çıxılmaz dalana dirənib:

«Buna səbəb düşərgə təmsilçilərinin bir sıra məsələlərlə bağlı ortaq məxrəcə gələ bilməmələridir. Yəni görünən odur ki, dünənin «dostları», zorən müttəfiqlər artıq bir-birilərini təkzib etməklə məşğuldurlar».

SİYASƏTDƏ İNTERPOL TAKTİKASI

«Bizim yol» qəzeti siyasətdə interpol taktikasından yazır. Qəzet ABŞ-da yaşayan Rəsul Quliyevin, 1992-ci ildə müdafiə nazirinin müavini olmuş İsa Sadıqov və sabiq deputat Hüseyn Abdullayevin İnterpolun qırmızı xətti ilə axtarılmasına diqqət çəkir:
İnterpolun axtardığı şəxslər
İnterpolun axtardığı şəxslər

«Azərbaycan hökumətinin qırmızı xətlə axtardığı siyasətçilər niyə həbs olunmur?».

Məsələni şərh edən hüquqşünas Əyyub Kərimov bunu axtarışların siyasi səbəblərlə bağlı olması ilə izah edir:

«Siyasi səbəblə axtarışda olan şəxsləri bir çox ölkələr təhvil vermir».

MİLLİ ŞURA ÜZVLƏRİNİN ABŞ-A SƏFƏRİNİ KİM POZUB?

«Azərbaycan» qəzeti Milli Şura üzvlərinin ABŞ-a planlaşdırılan səfərinin baş tutmaması səbəblərinə aydınlıq gətirir:

«Deyilənə görə, bu planı pozan elə Rəsul Quliyevin özü olub. Hazırda ABŞ-da olan reneqat Rəsul Quliyev istəyir ki, Bakıda «Milli Şura» onu vahid namizəd seçsin və İsa Qəmbərlə Əli Kərimli onun rəhbərliyi altında ABŞ-da hansısa qüvvələrlə danışıq aparsınlar. Bu isə Müsavat başqanı ilə AXCP sədrinin siyasi karyerasının sonu və qurduğu planların fiaskoya uğraması deməkdir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG