Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:51

Attestat almayan qalmayacaq


"Sizi əmin edirəm ki, respublikanın orta məktəblərinin bütün məzunları attestat alacaqlar. 9-cu sinifi bitirənlərə isə bununla bağlı müvafiq şəhadətnamə veriləcək". Bu sözləri AzTV-nin efirində qonaq olan təhsil naziri Mikayıl Cabbarov səsləndirib. "Biz Azərbaycanda hər bir vətəndaşa təhsilini davam etdirmək şansını yaratmaq istəyirik" - deyə nazir bildirib.

Əvvəlki illərdə orta məktəblərdə qiymətləri aşağı olanlara orta təhsil haqqında əsas sənəd olan attestat verilmirdi. Yeni təhsil naziri təyin olunan Mikayıl Cabbarov bu qaydanın insanların ali təhsil almaq hüquqlarını pozulduğunu və və orta məktəblərdə bəzi qanunsuz əməllərə səbəb olduğunu deyərək orta məktəbə getmiş hər kəsə attestat veriləcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG