Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:57

Moskvada 1 400 miqrant saxlanıb



Moskva polisi 1 400 miqrantı saxlayıb. Polis müvəqqəti sığınacaqlarda yaşayan bu insanların qanunsuz yollarla Rusiyaya gəldiklərini iddia edir.

Polisin sözçüsü saxlananaların əksəriyyətinin Tacikistan və Özbəkistan vətəndaşları olduqlarını deyib.

Hökumət qanunsuz miqrantların çoxunun Moskvanın cənub-şərqində bir Türkiyə şirkətinin inşa etdiyi və hasarla əhatə olunmuş 2, 3 mərtəbəli evlərdə yaşadıqlarını bildirir. Rəsmi məlumata görə ofislər və ticarət yerləri kimi tikilmiş həmin evlərdə bir otaqda bəzi hallarda 8-9 nəfər yaşayırmış.

Qanunsuz imiqrasiya ittihamı ilə cinayət işi açılıb.

Moskva polisi bu ayın əvvəlində də qanunsuz miqrantların məskunlaşdıqları kinoteatr, toyuq hini və yataqxana aşkar etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG