Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:34

Məhşur yazıçıların bıraxdığı biyabırçı arfaqrafik səflər


Ernest Miller Hemingway
Ernest Miller Hemingway
-

Əsəbiləşməyin, başlığı özümüz belə qoymuşuq :)


Ernest Hemingway

Nobel mükafatlı Amerika yazıçısı Ernest Hemingway-in əlyazmalarında xeyli “uşaq səhvləri” var. O ən çox “ing” sonluqlu sifətlərlə bağlı səhv buraxardı – məsələn, "loving" əvəzinə "loveing", "moving" əvəzinə "moveing" yazardı. Redaktoru gileylənəndə isə Hemingway dərhal onu “sancardı”: “Səni elə ona görə işə götürüblər ki, bunları düzəldəsən”.

Jane Austen

Britaniyanın ən populyar yazıçılarından olan Jane Austen-in əl yazısı lap bərbad imiş. Onun “orfoqrafik ayıbları”nı redaktoru örtərmiş. Oksford Universitetinin İngilis dili üzrə professoru Kathryn Sutherland yazıçının min səhifədən çox çap olunmamış əlyazmasını analiz edib. Professorun qənaətinə görə, Austen orada yazılı İngilis dilinin əksər qaydalarını pozub.

Sutherland yazıçının öz naşirindən aldığı məktublara da baxıb.

O deyir ki, həmin məktublar redaktor William Gifford-un Austen-in əlyazmaları üzərində xeyli işlədiyini, onun "Emma" və bəzi başqa romanlarının üslubunu cilaladığını göstərir.

Austinin erkən romanlarını Gifford redaktə etməyib. Məsələn, "Pride and Prejudice" (“Qürur və qərəz”) əsərini. Həmin əsərdəki səhvlər uzun müddət mətbəə xətaları kimi qəbul edilib.

Jane Austen
Jane Austen
Sutherland düşünür ki, onun aşkarladıqları heç də Jane Austin haqda mənfi rəy yaratmayacaq.

1817-ci ildə 41 yaşında öləndə Austin az tanınan bir yazar idi. Amma ölümündən sonra Britaniyada və dünyada ən çox sevilən müəlliflərdən birinə çevrilib.

Agatha Christie

“Detektivlər kraliçası” özü etiraf edirdi ki, əl yazısı və xüsusən də sözləri orfoqrafiya qaydalarına uyğun yazmaq onun üçün həmişə çətin olub – uşaqlıqdan qocalana qədər.

Bu da əsasən onun mübtəla olduğu disleksiya ilə bağlı idi. Disleksiya – insanın ümumilikdə normal əqli inkişafına rəğmən mətn oxuma və yazma vərdişlərinin zəif inkişaf etməsidir. Səbəbi bəzi psixi funksiyaların pozulmasıdır. Belə şəxslər mətndəki hərfləri, sözləri sürətlə “deşifrə etməkdə”, tanımaqda, yadda saxlamaqda çətinlik çəkirlər.

Agatha Christie bəzən hətta ən məşhur əsərlərinin qəhrəmanlarının adını da səhv yazırdı. Məsələn, “An Appointment with Death” (“Ölümlə görüş”) əsərindəki Colonel Carbury-nin adını "Colonel Carbery" olaraq…

F. Scott Fitzgerald

Amerika yazıçısı F. Scott Fitzgerald-ın ən məşhur əsərlərindən olan “The Great Gatsby”nin (Böyük Gətsbi) əlyazmasında yüzlərlə səhv var. Bəzilərini heç orta məktəb şagirdi də etməz. Məsələn, böyük yazıçı "yacht" (yaxta) sözünü "yatch", “upon”u (üzərində, sonra və s.) "apon" kimi yazırdı…

oxuzali.az

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG