Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:15

Venesuela Moskva hava limanında yaşayan Snowden-ə sığınacaq təklif edir



Kəşfiyyat məlumatlarını açıqlamaqda ittiham edilən ABŞ vətəndaşı Edward Snowden artıq 6-cı gündür Moskvada Sheremetyevo hava limanında yaşayır. Venesuela bir neçə dəfə ona siyasi sığınacaq təklif edib.

Snowden keçən həftə Hon Konqdan Moskvaya uçub. O, ABŞ-a deportasiya olunmaqdan can qurtarmaq üçün Ekvadorda sığınacaq almağa çalışırdı. Amma hələlik Ekvador da ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin 30 yaşlı keçmiş əməkdaşına sığınacaq verməyə həvəsli görünmür.

Moskvada rəsmilərdən biri deyib ki, ABŞ Snowden-in pasportunu etibarsız elan etməklə Rusiyanı çətin vəziyyətə salıb. İndi Rusiya hələlik bu adamı nə kənara buraxa bilir, nə də onu Vaşinqtona vermir. ABŞ-la Rusiya arasında ekstradisiya haqqında razılaşma yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG