Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:54

ABŞ AzadlıqRadiosunun peyk siqnallarının əngəllənməsi ilə bağlı müzakirələr aparır


Arxiv foto

Arxiv foto

.


İyunun 27-də ABŞ Dövlət Departamentinin brifinqində Amerikanın Səsinin müxbirinin sualını cavablandıran Dövlət Departamenti sözçüsü Patrik Ventrell AzadlıqRadiosunun peyk yayımlarının Azərbaycan hökuməti tərəfindən əngəllənməsinə dair xəbərlərə reaksiya verib.

Azadlıq Radiosu proqramlarının Azərbaycanda problemlərlə üzləşməsi haqda hesabatları gördüyünü təsdiq edən ABŞ rəsmisi məsələ ilə bağlı AzadlıqRadiosu və Azərbaycan rəhbərliyi ilə müzakirələr aparıldığını söyləyib.

“Biz düşünürük ki, AzadlıqRadiosu Azərbaycanın media məkanına töhfə verən mühüm media orqanıdır. Onun proqramları Azərbaycanda müstəqil və obyektiv media üçün böyük ehtiyac duyulan nümunə funksiyası daşıyır,” - deyə Dövlət Departamentinin sözçüsü bildirib.

Cənab Ventrell əlavə edib ki, ABŞ Azərbaycanda media və söz azadlığını tam dəstəkləyir.

Son vaxtlarda Azadlıq Radiosu Azərbaycana yayımlanan proqramlarının "jamming" adlanan praktikaya əsasən əngəlləndiyini sənədləşdirib. Radio rəhbərliyi peyk siqnallarının qəsdən və sistematik şəkildə boğulduğunu güman edir.
Soyuq Müharibə dönəmində Sovet İttifaqının xarici radiostansiyalara qarşı geniş tətbiq etdiyi bu praktika beynəlxalq telekommunikasiya qaydalarına ziddir.

Günün bütün mövzuları

XS
SM
MD
LG