Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:51

Saakashvilinin partiyası parlamenti tərk edir




Gürcüstanda prezident Mikheil Saakashvilin Vahid Milli Hərəkat partiyasından olan millət vəkilləri iyunun 28-də parlamenti tərk ediblər. Onlar bununla həmin partiyanın bir neçə tanınmış üzvünün həbsinə etiraz edirlər.

Təşkilatın lideri jurnalistlərə bildirib ki, hökumət planlı şəkildə bu partiyanı dağıtmaqla məşğuldur.

Dünən Tbilisi meriyasında rəsmilərdən 4 nəfəri mənimsəmə və maliyyə pozuntuları ittihamları ilə həbs ediliblər. Vahid Milli Hərəkat partiyasından olan mer Gigi Ugulava bunu hökumətin onun partiyasını dağıtmaq istiqamətində daha bir addımı adlandırıb.

Keçən ilin oktyabrında gürcüstanda keçirilən parlament seçkisini müxalifət koalisiyası udub. Bundan sonra hökuməti formalaşdıran müxalifət prezident Mikheil Saakashvilinin yaxın çevrəsindən xeyli adamı korrupsiya və başqa qanunsuz əməllərdə ittiham edərək həbs etdirib.

Baş nazir Bdzina İvanishvili ötən bazar ertəsi hətta prezident Mikheil Saakashvilinin də həbs oluna biləcəyini istisna etmədiyini bildirib.

Saakashvili və tərəfdarları isə ittihamları əsassız adlandırır və hökumətin siyasi qisasçılıq etdiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG